Onlayn ictimai-siyasi qəzet
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
Musavat.com-un əməkdaşı xəbər verir ki, qatarlar stansiyalarda həmişəkindən fərqli olaraq dəqiqələrlə dayandıqdan sonra hərəkət edir. Bu da sərnişinlərin gedəcəkləri ünvana gecikməsinə səbəb olur. Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov saytımıza bildirib ki, "Bakı Metropoliteni"nin xətlərində qatarlarda və stansiyalarda nasazlıq mövcud deyil.
Bir sıra stansiyalarda sıxlıq səbəbilə tənzimləmələr sərnişinlərin və hərəkətin təhlükəsizliyi təmin edilməklə və intervallar qorunmaqla aparılır.
Şahanə Rəhimli
Musavat.com
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ