Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi Bakı Fransız liseyi fəaliyyətini dayandırır.
Xatırladaq ki, Bakı Fransız Liseyinin açılışı 12 sentyabr 2014-cü ildə olub. Liseyin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı əsasında qurulub. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılır. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanırdılar.
Liseyin qəfildən bağanması səbəbinə gəldikdə, bu, maliyyə problemləri ilə əlaqələndirilsə də, bir sıra ekspertlər
məktəbin bağlanmasını Makron Fransasının anti-Azərbaycan kursuna bir cavab kimi dəyərləndirir.
TV Musavat-ın əməkdaşları məsələni daha yaxından araşdırmaq üçün adı çəkilən liseydə olub.
Hazırladığımız videoreportajı təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ