Onlayn ictimai-siyasi qəzet
Yay mövsümündə Bakı sakinlərinin və qonaqlarının əsas istirahət məkanlarından biri dəniz kənarıdır. Bir qisim çimərliklərə üz tutursa, bəziləri də dəniz gəzintilərinə üstünlük verirlər.
Ancaq təəssüf ki, uzun müddətdir, gəzinti gəmilərinə minmək mümkün deyil.
Maraqlıdır, gəmi ilə səyahət niyə təşkil olunmur? Yaxın gələcəkdə bu fəaliyyətin bərpası üçün hansı addımlar atılır?
Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, gəmi gəzintilərinin dayandırılmasının səbəbi dənizdə suyun səviyyəsinin enməsidir:
"Dənizin səviyyəsinin enməsi ilə əlaqədar 2022-ci ildən gəzinti gəmilərinin fəaliyyətində fasilə yaranıb. Gəmilərin yenidən təhlükəsiz fəaliyyətinin bərpası istiqamətində mövcud vəziyyətin qiymətləndirilməsi aparılır".
Qeyd edək ki, 2022-ci ilin oktyabrına qədər 5 manat ödəniş etməklə gəzinti gəmisi ilə Xəzər dənizində 30 dəqiqə səyahət mümkün idi. Lakin artıq bir neçə ildir ki, bu gəmilərin fəaliyyəti dayandırılıb.//Oxu.az
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ