Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə noyabrın 24-də əlavə qatar reysləri təyin edib.
Bu barədə Musavat.com ADY-yə istinadən xəbər verir.
Məlumata görə, eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarları ilə sərnişinlər ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərlər.
Səhmdar Cəmiyyət şəhərlərarası istiqamətlərdə səyahət edən sərnişinlərə tövsiyə edir ki, COP29 tədbiri ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması fonunda Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlsinlər. Bundan başqa, sərnişinləri yola salan və ya qarşılayan zaman vağzal ərazisinə maksimum dərəcədə daxil olmamağa çalışsınlar.
Qurum bildirir ki, sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək.
18 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ