İnsanlara hürriyət, millətlərə istiqlal!

Bahalaşma OLACAQ: Əhali ərzaq alıb yığmağa başladı - ŞOK

ABŞ-da ərzaq mağazalarında alış-veriş canlanıb.

Musavat.com xəbər verir ki, buna səbəb prezident Donald Trampın idxal məhsullarına tətbiq etdiyi yeni gömrük rüsumlarıdır.

Yeni tariflərin qüvvəyə minməsi ilə ölkə vətəndaşları ehtiyat tədbiri görməyə başlayıblar. Onlar, əsasən, uzun müddət saxlanıla bilən məhsullara üstünlük verirlər.

Marketlərdə lobya, konserv məhsulları, un və digər ərzaq mallarına tələbat xeyli artıb. Mağazalardakı bu məhsullar artıq tükənmək üzrədir.

Ekspertlərin fikrincə, amerikalıların bu davranışı təsadüfi deyil. Çünki insanlar yaxın aylarda ərzaq məhsullarının qiymətlərinin kəskin bahalaşacağından ehtiyat edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR