İnsanlara hürriyət, millətlərə istiqlal!

Bağçalara sənəd qəbulu müvəqqəti dayandırılır - SƏBƏB

Yeni qrupların komplektləşdirilməsi, həmçinin 2024-2025-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq məqsədilə mayın 24-dən etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılmasında fasilə yaranacaq, sistemə giriş müvəqqəti olaraq məhdudlaşacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Referans.az-a bildirilib ki, qəbul sistemi vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesinin 2024-cü ilin iyul ayından etibarən başlaması planlaşdırılır.

Qeyd edilib ki, bununla bağlı geniş məlumat yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR