İnsanlara hürriyət, millətlərə istiqlal!

Badalyandan Putinin səfəri ilə bağlı QƏRİBƏ İDDİA 

Rusiya prezidenti Vladimir Putinin sentyabrın 18-19-da Azərbaycana səfəri Ermənistanda böyük diqqət çəkib.

Musavat.com xəbər verir ki, erməni mediası bu görüşü olduqca diqqətdə saxlayıb.

Ermənilərə görə, görüşdə əsas mövzulardan biri məhz Ermənistan olub. Yerli mediada rus politoloqlarından da rəy alınıb.

Rusiya Elmlər Akademiyasının E.M.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun (IMEMO) Mərkəzi Asiya sektorunun rəhbəri Stanislav Pritçinin sözlərinə görə, indiki şəraitdə Moskvanın regionda mövcudluğunu nümayiş etdirməsi və Cənubi Qafqaz respublikaları ilə siyasi dialoqun intensivliyini qoruyub saxlaması son dərəcə vacibdir.

Erməni politoloq Akop Badalyan isə Putinin Bakıya səfərinə daha geniş regional kontekstdə baxmağı təklif edib. O hesab edir ki, Rusiyanın indiki mərhələdə əsas məqsədi Türkiyənin bölgədəki təsirini zəiflətməkdir. Badalyanın sözlərinə görə, Rusiya xarici işlər nazirinin müavini ilə Türkiyə səfiri arasında Moskvada keçirilən son görüşdə Rusiya tərəfinin Ankaraya yönəlik iradlar səsləndirməsi bunu göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR