Onlayn ictimai-siyasi qəzet
"Xəstəxanada ona yaxşı baxırdılar. Birdən-birə dərmanların təsiri böyrəklərinə mənfi təsir etdi. Reanimasiyadan zəng vurdular ki, böyrəkləri fəaliyyətini dayandırıb. Bir daha həkimlər müdaxilə etdilər. Sonra böyrəklərini təmizləmək üçün aparata qoşdular. Axşam saat 20:00 radələrində bacım Zeynəb dünyasını dəyişdi".
BAKU.WS xəbər verir ki, bu sözləri Nazpəri Dostəliyeva mərhum bacısı Zeynəb Dostəliyevadan danışarkənn deyib. Sənətçi bacısının sağalacağına inandığını deyib:
"Sağalacağına o da məndə inanırdım. Mənu öpüb, qucaqladı. Dedi ki, "Bacı mən sənin qədrini bilməmişəm. Niyə belə etmişəm?" O hər zaman qədrimi bilirdi. Amma ölümünü hiss edirdi amma mən ona dəstək olurdum. Deyirdim ki, nə danışırsan oğlun Orxana ev alıb onu evləndirəcəyik. Sevincindən ağladı. Qucaqladı öpdüm dedim ağlama. Belə bir ümid gözlərimə gəlirdi ki, o sağalacaq. İnfeksiya tamamilə sovrulmuşdur və yaxşılığa doğru gedirdi".
Xatırladaq ki, Zeynəb Dostəliyeva təcili olaraq yerləşdirildiyi xəstəxanada ötən gün vəfat edib. Onun 67 yaşı var idi.
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ