Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Krasnoyarsk diyarında nəvəsinin doğum günü münasibətilə qızının yanına təbrikə gələn ata onları qarət edib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, istintaqın məlumatına görə, təqsirləndirilən şəxs nəvəsinin ad gününə qızına baş çəkməyə gəlib. Kişi zərgərlik qutusunu görüb və onu oğurlayıb. O, oğurladığı əşyaların kiçik bir hissəsini avtomobilinin yük yerindəki kilimin altında, qalanını isə pencəyinin qoltuq cibində gizlədib.
Tezliklə qızının qayınanası ona zəng edib ki, qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı ərizə yazıb. Məsuliyyətdən qorxan kişi qızıl çantanı parka atıb. Daha sonra fikrini dəyişərək geri qayıdıb, lakin atdığı yerdə zinət əşyalarını tapmayıb.
Ümumi ziyan təxminən 1 milyon rubl (təxminən 19 min 300 manat) təşkil edib, şübhəli şəxsə qarşı oğurluq maddəsi ilə cinayət işi açılıb. İstintaq materialları baxılması üçün məhkəməyə verilib.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ