İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərsun Holdinq"in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət etdi - FOTOLAR

“Azərsun Holdinq”in rəhbər heyəti Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, məzarı önünə əkil və gül dəstələri qoyublar.

Musavat.com xəbər verir ki, ziyarət zamanı həmçinin, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və dövlət xadimi Əziz Əliyevin xatirəsi ehtiramla yad olunub, onların məzarı önünə tər çiçəklər düzülüb.

Qeyd edək ki, 33-cü ildir Azərbaycanda fəaliyyət göstərən “Azərsun Holdinq” Heydər Əliyev irsinin yaşadılması istiqamətində müxtəlif layihələrin icrasında yaxından iştirak edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR