Onlayn ictimai-siyasi qəzet
Müğənni Bahar Lətifqızı etirafı ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, Zaur Nəbioğlunun “1 dəqiqə” proqramına qonaq olan ifaçı əməliyyata girməzdən əvvəl həkimə yalan məlumat verdiyini bu səbəbdən də əməliyyat zamanı ürəyinin dayandığını bildirib:
“Mən həkimlərə düzgün məlumat verməmişdim. Plastik əməliyyatdan bir ay əvvəl mən “Omicron”a yoluxub sağalmışdım. Əslində əməliyyat etdirmək olmazdı. Bunu da bilirdim. Yalan danışmaq istəmirəm. Sadəcə əməliyyatımın tez baş tutmasını istədim. Bu cür xəstəlikdən sonra 12 saatlıq əməliyyata girmək nə deməkdir? Mənə nə qədər antibiotiklər vurulmuşdu. Bütün bunlar bir göstərici idi. Amma mən həkimə deməmişdim. Əməliyyatda ürəyim dayandı. Bəlkə də ölə bilərdim. Amma yaxşı qurtardım. Əməliyyat etdirdiyimə görə qətiyyən peşman deyiləm. Amma birdə əməliyyata girmək istəmərəm. Əllərim uyuşurdu. Sinəm ağırlıq edirdi deyə boynumdakı yırtıq (qrıja) əllərimi keyidirdi”.
Ətraflı videoda:
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ