Onlayn ictimai-siyasi qəzet
Rusiyanın hüquq-mühafizə orqanları məşhur "Qolos" musiqi yarışmasının azərbaycanlı iştirakçısı Emil Qadırovu saxlayıb.
Musavat.com xəbər verir ki, Rusiya mediasının məlumatına görə, Qadırov 1,3 milyon rubl məbləğində "Puşkin kartası" fırıldaqçılığında şübhəli bilinir.
İstintaqın iddiasına əsasən, 31 yaşlı müğənni "Eldar" kino-konsert zalının bədii rəhbərinin müavini Yelena Qurko ilə birlikdə saxta konsertlər təşkil edib.
Qeyd edək ki, Emil Kadırov (bariton) 25 iyun 1993-cü ildə, Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. Rəşid Behbudov adına 2 nömrəli Musiqi Məktəbini klassik gitara ixtisası üzrə bitirib.
Hazırda istintaq davam edir.
Musavat.com
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ