İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı jurnalist vəfat etdi - FOTO

Azərbaycanlı jurnalist Fərqanə Quliyeva vəfat edib.

O, 44 yaşında, bu gün "Milli Mətbuat Günü"ndə dünyasını dəyişib. Fərqanə Quliyeva cərrahi əməliyyatdan sonra vəfat edib. Bu barədə jurnalistin sonuncu dəfə çalışdığı Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) məlumat yayıb.

Qeyd edək ki, Fərqanə Quliyeva Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun beynəlxalq münasibətlər fakültəsini bitirib. Azərbaycan, türk, rus və ingilis dillərini mükəmməl bilirdi. Müxtəlif şirkətlərdə tərcüməçi işləyib.

O “Report” İnformasiya Agentliyində də çalışıb. Fərqanə Quliyeva AZƏRTAC-ın rus dilində informasiya baş redaksiyasının tərcüməçisi idi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR