İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı hərbçilərə silah tuşlayan erməni SAXLANILDI

Ermənistanın Əçmiədzin şəhərinin 32 yaşlı sakini Tex kəndindəki şərti sərhəd yaxınlığında pnevmatik tapança ilə azərbaycanlı hərbçilərə qarşı silah qaldırıb.

Musavat.com xəbər verir ki, kişi bunu “qəzəbdən” etdiyini və hərbçiləri qorxutmaq məqsədi daşıdığını bildirib.

Qeyd edilib ki, şəxs Nissan markalı avtomobillə hərəkətdə olub və onunla birlikdə 21 və 45 yaşlarında iki nəfər də saxlanılıb.

Baş vermiş hadisə təxribat kimi qiymətləndirilib.

Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb və araşdırma aparılır.

Bu hadisə Ermənistanın sərhəd zonalarında nəzarət və məsuliyyət səviyyəsi ilə bağlı sualları yenidən gündəmə gətirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR