Onlayn ictimai-siyasi qəzet
Azərbaycanlı gənc Polşada qəzada ölüb.
Hadisə Varşava yaxınlığında qeydə alınıb.
Zaqatala rayon 3-cü Tala kənd sakini, 29 yaşlı Anar Əsədlinin idarə etdiyi avtomobil qatarla toqquşub. Nəticədə aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Hazırda onun nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, Anar Əsədli 2 ildir Polşada yaşayır və işləyirmiş.
Lent.az qəza anının görüntülərini də əldə edib.
Həmin görüntüləri təqdim edirik:
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ