İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı futbolçunun arvadı və qızı Rusiyada kafe açdı

Azərbaycan əsilli rusiyalı gimnast Lalə Kramarenko dizayner anası ilə birgə qəhvəxana açıb.

Musavat.com lent.az-a istinadən bildirir ki, müxtəlif nüfuzlu mükafatlar almış rusiyalı bədii gimnastı Lalə Kramarenko öz şəxsi biznesini qurmağa həvəs göstərib. Çempion xanım Moskvanın Leninqradski prospektindəki yaşayış kompleksində iaşə obyekti açıb.

Lalə və onun əkiz bacısı Diana azərbaycanlı futbolçu Dmitri Kramarenkonun ailəsində doğulublar. Anaları, İrina Kramarenko, gəncliyində biatlonla məşğul olub.

Qızları dünyaya gəldikdən sonra İrina idmandan imtina edib və interyer dizayneri peşəsinə sahiblənib. İndi özünü restoran biznesində sınamaq qərarına gəlib və qızı ilə ortaq olaraq kafe açıb.

Dmitri Kramarenko hazırda Azərbaycanda və Rusiyada futbol məşqçisi kimi fəaliyyət göstərir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR