İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı ekspertə Özbəkistanda Fəxri Professor adı verildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin Bakı şəhər şöbəsinin rəisi Quliyev Qismət Məsmun oğlu Özbəkistanın Qarşi Dövlət Universiteti tərəfindən Fəxri Professor adına layiq görülüb.

Musavat.com xəbər verir ki, Quliyev Qismət Məsmun oğlu 1991-ci il iyulun 23-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1997-ci ildə Binəqədi rayonu 99 nömrəli tam orta məktəbdə ibtidai təhsilə başlayıb və burada təhsil aldığı illər ərzində bir çox fənn olimpiadalarında uğurlar əldə edib. 2008-ci ildə həmin məktəbi müvəffəqiyyətlə başa vurub, 2009-cu ildə qəbul imtahanında yüksək nəticə göstərərək Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsinə qəbul olunub.

Universitet illərində tələbə-elmi cəmiyyətin tədbirlərində fəal iştirak edib, həm yerli, həm də beynəlxalq konfranslarda Azərbaycan Tibb Universitetini uğurla təmsil edib. Fakültənin Tələbə Həmkarlar Təşkilatının sədri və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini olub. Hələ tələbəlik dövründə Mərkəzi Klinikada tibbi peşə fəaliyyətinə başlayıb.

2015-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib və universitetin ictimai-siyasi həyatındakı fəallığına görə Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov tərəfindən fəxri diplomla təltif olunub.

2017-ci ildən etibarən rezidentura təhsili ilə yanaşı, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində” tibbi fəaliyyətə başlayıb. Hazırda həmin qurumun Bakı şəhər şöbəsinin rəisi vəzifəsində çalışır.

Quliyev Qismət fəaliyyət dövründə çoxsaylı diplom və sertifikatlarla təltif edilib. O, Yeni Azərbaycan Partiyasının üzvüdür, ailəlidir və oğlan övladları var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR