İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı bloqerin Rusiyaya girişi 70 illik qadağan olundu

Məşhur azərbaycanlı bloger Rusiya vətəndaşlığından məhrum edilib

Musavat.com xəbər verir ki, milyonlarla izləyicisi olan tanınmış bloger Rusiya vətəndaşlığından məhrum edilib. Əldə edilən məlumata görə, bu şəxsin Rusiya vətəndaşlığını qəbul edərkən öz haqqında düzgün məlumat vermədiyi üçün vətəndaşlıq hüququ əlindən alınıb.

Rusiya mətbuatı, həmin şəxsin polis əməkdaşlarını ələ salan videolar paylaşdığı üçün vətəndaşlıqdan məhrum edildiyini iddia edir. Bundan əlavə, ona Rusiya ərazisinə 70 il müddətinə giriş qadağası qoyulub.

Hazırda həmin şəxsin Birləşmiş Ərəb Əmirliklərində olduğu bildirilib. Bu şəxsin sosial şəbəkələrdəki izləyici sayı isə 13 milyon nəfərə yaxındır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

27 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR