İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı biznesmen ev dustaqlığına buraxıldı - VİDEO

Moskva məhkəməsi “Ximki” futbol klubunun əsas investoru, azərbaycanlı iş adamı Tufan Sadıqovu xüsusilə irimiqyaslı dələduzluq işi üzrə ev dustaqlığına buraxıb.

Musavat.com xəbər verir ki, məhkəmənin mətbuat xidmətinin verdiyi məlumata görə, Tufan Sadıqovun adı böyük maliyyə dələduzluğu işində hallanıb. Hazırda istintaqın detalları tam açıqlanmasa da, onun böyük məbləğdə maliyyə pozuntularında şübhəli bilindiyi bildirilir.

İş üzrə istintaq tədbirləri davam etdirilir. Sadıqovun ev dustaqlığı şəraitində olduğu müddətdə hər hansı ictimai və peşə fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə əlavə məlumat yoxdur.

 

Musavat.com

@@TVmusavat/103260@@

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Dekabr 2024

12 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR