İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla danışıqlar tərəfimizdən məlumat sızmalarına görə uğursuz oldu- Simonyandan SENSASİON AÇIQLAMA

Ermənistan parlamentinin spikeri Alen Simonyan deputat Ovik Ağazaryanın davranışı ilə bağlı açıqlama verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Simonyan baş nazirin Azərbaycan prezidenti ilə görüşlərinin detalları barədə məlumatları partiya üzvləri ilə paylaşmasını tənqid edib.

“Baş nazir gəlib dövlət sirri olan məlumatları bizimlə bölüşür. Lakin bu adam (Ağazaryan - red.) həmin məlumatları hər yerdə paylaşır. Bu, məgər normaldır? Biz sızmaların mənbəyini anlamaq üçün bir ildən çox araşdırma apardıq. Əgər məsələ yalnız partiya daxilində olsaydı, susmaq olardı. Lakin Ermənistanın təhlükəsizliyi ilə bağlı olduqda necə?” - deyə Simonyan vurğulayıb.

O bildirib ki, Azərbaycanla danışıqların bir neçə dəfə nəticəsiz qalmasının səbəbi məhz Ermənistan tərəfdən sızmalar olub: “Belə bir vəziyyətdə gedib kiməsə dərdinizi anladın”.

Simonyan əlavə edib ki, əgər onun telefonunda araşdırma aparılsa, qeyri-adi heç nə tapılmayacaq: “Ovik Ağazaryan utanmırsa, qoy telefonundakı məlumatları dərc etsin”.

Spiker qeyd edib ki, Ağazaryan Paşinyanın xahişi ilə mandatından imtina etsə belə, bu addım onu nəticələrdən xilas edə bilməyəcək: “Mandat xilas etmir”, - deyə Simonyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR