İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın qızıl idxalı 18 dəfə artdı: Hansı ölkədən nə qədər

Bu ilin ilk dörd ayında Azərbaycan xaricdən 2 milyard 527 milyon 305,11 min dollar dəyərində 26 ton 929,56 kq qızıl alıb.

Musavat.com Dövlət Statistika Komitəsinin açıqladığı hesabata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 8,6 dəfə, midar baxımından isə 19 dəfə çoxdur.

Bu il qızılın 4 ton 752,95 kq-nı Rusiyadan, 3 ton 703,7 kq-nı Avstraliyadan, 2 ton 959,99 kq-nı ABŞ-dan, 2 ton 694,33 kq-nı Böyük Britaniyadan, 2 ton 107,72 kq-nı Meksikadan, 1 ton 375,07 kq-nı Kanadadan, 1 ton 173,72 kq-nı Çindən, 1 ton 131,09 kq-nı İsveçrədən, 1 ton 72,39 kq-nı Türkiyədən, 1 ton 21,46 kq-nı Braziliyadan, 1 ton 12,1 kq-nı Almaniyadan, 1 ton 4,78 kq-nı CAR-dan, 983,06 kq-nı Qazaxıstandan, 951,3 kq-nı Özbəkistandan, 502,32 kq-nı İspaniyadan alıb. Bundan əlavə, daha az miqdarda qızıl Qırğızıstan, HonkKonq, Filippin, Yaponiya, Zimbabve, İtaliya və Rumıniyadan alınıb.

Ümumilikdə beş ayda Azərbaycan 22 ölkədən qızıl alıb.

Qeyd edək ki, qızılın əsas alıcısı Dövlət Neft Fondudur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR