İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın neft-qaz sektorundan vergi gəlirləri kəskin azalıb

2024-cü ildə Azərbaycan dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 17 milyard 969,6 milyon manat təşkil edib.

Musavat.com Maliyyə Nazirliyinin açıqladığı ilkin büdcə arayışına istinadən xəbər verir ki, bu daxilolmaların 26,6 faizi və ya 4 milyard 780,5 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 2,3 faizi və ya 408,0 milyon manatı sair daxilolmalar, 71,1 faizi və ya 12 milyard 781,0 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edir.

Məlumata görə, vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olunmuş neft-qaz gəlirlərinin 49,0 faizi və 2 milyard 341,0 milyon manatını “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 37,1 faizi və ya 1 milyard 774,5 milyon manatını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(SOCAR) ödədiyi müvafiq vergilər, 13,9 faizi və ya 665,0 milyon manatını “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisi təşkil edir.

Beləliklə, aydın olur ki, ötən il dövlət büdcəsinə neft-qaz sektorundan vergi daxilolmalarında illik ifadədə 1 milyard 638,3 milyon manat və ya 25,5 faiz azalma qeydə alınıb. 2023-cü ildə neft-qaz sektorundan daxil olan vergi gəlirlərinin həcmi 6 milyard 418,8 milyon manat təşkil etmişdi. Bunun 1 milyard 837,8 milyon manatını SOCAR təmin edib, 3 milyard 850,3 milyon manatı “Şahdəniz”, 730,7 milyon manatı isə “Azəri-Çıraq-Günəşli” yatağında çalışan xarici şirkətlər tərəfindən ödənilmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR