Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın ən böyük zavodlarından biri olan "Şirvan Araz Zavodu" MMC-nin külli miqdarda vergi borcu yaranıb.
Musavat.com xəbər verir ki, zavodun 14 milyon vergi borcu var.
Qeyd edək ki, 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən zavod 1980-cı ildə SSRİ Rabitə Vasitələri Sənayesi Nazirliyinin Leninqradda yerləşən Uzaq rabitə Elmi-İstehsalat Birliyinin filialı kimi Uzaq rabitə adı altında fəaliyyətə başlayıb.
Zavodda müdafiə təyinatlı məmulatların yaradılması, təkmilləşdirilməsi, istehsalı həyata keçirilir.
İ.Muradov,
Musavat.com
20 Fevral 2025
19 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ