İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın ən böyük yatağından qaz hasilatı həcmi açıqlandı

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın ən böyük qaz-kondensat yatağı olan “Şahdəniz”dən ümumilikdə təqribən 20 milyard standart kubmetr qaz və 3 milyon tondan çox (təqribən 26 milyon barel) kondensat hasil edilib. Musavat.com-un layihə operatoru BP-Azərbaycan şirkətinə istinadən hesablamalarına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə yataqda qaz hasilatı həcmi dəyişməyib, kondensat hasilatı isə 1 milyon barel artıb.

Belə ki, 2023 ilin ilk doqquz ayında yataqdan ümumilikdə təqribən 20 milyard standart kubmetr qaz və 3 milyon tondan çox (təqribən 27 milyon barel) kondensat hasil edilmişdi.

2024-cü ilin ilk üç rübü ərzində “Şahdəniz” yatağında əməliyyat xəclərinə 1 milyard 780 milyon dollar, əsaslı xərclərə isə 582 milyon dollar yönəldilib. BP-Azərbaycandan verilən məlumata görə, bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 80,7 milyon (ildə təqribən 29,5 milyard) standart kubmetrdir. Ötən ilin eyni dövründə bu göstəricilər gündə təxminən 72,1 milyon (ildə təqribən 26,3 milyard) standart kubmetr idi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR