Onlayn ictimai-siyasi qəzet
26 oktyabrda qonşu Gürcüstanda keçiriləcək parlament seçkilərinə sayılı günlər qaldıqca həyəcan da artır.
Musavat.com bildirir ki, seçkilərin taleyinə həlledici təsir etmək imkanında olan azərbaycanlıların da səslərini almaq uğrunda yarış gedir. Seçkilərə qatılan tarixçi alim, Azərbaycanın yaxın dostu Quram Marxulia azərbaycanlı seçicilərə müraciət edərək onlardan səs istəyib.
“Salamaleykum, qardaş azərbaycanlılar. 26 oktyabr nömrə 12-ni nişan edib və qələbəm sizin qələbəniz olacaq. İnşallah”, -tarixçi alim yazıb.
Sosial şəbəkə hesabındakı bu paylaşıma reaksiya verənlər alimə uğurlar arzulayıblar və ünvanına xoş sözlər yazıblar.
Qeyd edək ki, Suxumi Dövlət Universitetinin professoru olan Q.Marxulia Qarabağın işğalda olduğu illərdə hər zaman Azərbaycanın ədalətli mövqeyini müdafiə edib və buna görə vaxtaşırı ermənilərin qəzəbinə gəlib. Elə bu yaxınlarda alim ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana pul yardımını iki dəfədən çox artırmasını Qərbin bölgədə sabitliyi pozmaq niyyəti ilə əlaqələndirmişdi.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ