Onlayn ictimai-siyasi qəzet
Azərbaycan builki qaz ixracının təxminən yarısını Avropaya göndərəcək.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Serbiyada Serbiya-Bolqarıstan sistemlərarası qaz kəmərinin açılış mərasimində deyib:
“Bu il Azərbaycan Avropa ölkələrinə təxminən 12 milyard kubmetr qaz ixrac edəcək və bu, bizim bu dövr ərzində ixrac etdiyimiz qazın təxminən yarısıdır”.
Qeyd edək ki, Serbiya və Bolqarıstan arasında sistemlərarası qaz kəmərinin tikintisinə fevral ayında başlanılıb. Layihənin həyata keçirilməsi Cənub Qaz Dəhlizi vasitəsilə nəql olunan Azərbaycan qazının Serbiya bazarına nəqlini təmin etməyə imkan verir.
31 dekabr 2020-ci il tarixində Azərbaycan Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya kommersiya qazının tədarükünə başlayıb. 25 il müddətinə nəzərdə tutulan tədarüklər illik 10 milyard kubmetrdən çox ixracı təmin edir.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ