Onlayn ictimai-siyasi qəzet
Aparıcı Şəhriyar Əbilov bayağı mahnıların telekanallarda reklam edilməsindən danışıb.
"Xəbərin var?" verilişində olan Şəhriyar belə mahnıların məşhurlaşmasını ağlamalı hal adlandırıb:
"Baxırsan ki, bayağı mahnı trenddə birinci yerdədir. Azərbaycan reallğındakı bu durum ağlamalıdır. Bizdə mərkəzləşmə yox, regionlaşma gedir. Ona görə də inkişaf yoxdur. Musiqi zövqünün formalaşması təbliğatı yoxdur. Telekanallar reklam xatirinə bayağılığı nümayiş etdirir. Bir vaxtlar deyirdim ki, etməyin, onlar sarmaşıq kimi yayılacaq. Siz bununla tamaşaçını uzaqlaşdırdınız". (Axşam.az)
15 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ