İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda yumurta BAHALAŞDI - FOTO

Azərbaycanda kənd yumurtasının qiyməti artıb.

Musavat.com-un Oxu.Az-a istinadən məlumatına görə, bəzi marketlərdə yumurtanın qiyməti 40 qəpik olub.

Saytın əməkdaşının baş çəkdiyi mağazalarda ağ yumurtanın qiymətinin 13-16 qəpik, kənd yumurtasının isə 33-40 qəpik arası olduğunu müşahidə edib.

Bəzi mağazalarda isə sarı broyler yumurtaların satışına rast gəlinmir.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli Oxu.Az-a açıqlamasında bildirib ki, kənd yumurtasının qiymətinin artması tələbata görədir:

“Hazırda toyuqların kürt yatma dövrüdür. Bu səbəbdən kənd yumurtasının sayı azaldığına görə market və bazarlarda qiyməti artıb”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR