İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda yeni sayt fəaliyyətə başladı

Azərbaycanda yeni onlayn xəbər portalı – Gundem24.az fəaliyyətə başlayıb.

Musavat.com xəbər verir ki, saytın əsas məqsədi oxuculara ölkədə və dünyada baş verən ən mühüm hadisələri dəqiq və operativ şəkildə təqdim etməkdir.

Portal 24 saat yenilənən xəbərlərlə yanaşı, müxtəlif müsahibələr, köşə yazıları, araşdırma materialları, cəmiyyəti narahat edən mövzular və sosial sujetlər də təqdim edəcək.

Gundem24.az xəbər saytının yaradıcısı jurnalist İlkin Şirinov bildirib ki, sayt Azərbaycan dilində ölkənin ictimai, siyasi, sosial və mədəni həyatında baş verən yeniliklərlə yanaşı, dünyada olan maraqlı hadisələri də oxuculara çatdırmağı qarşısına məqsəd qoyub.

Portal həmçinin ən aktual mövzularla bağlı analitik məqalələr, foto və video materiallar hazırlayaraq cəmiyyətin informasiya tələbatını ödəməyi hədəfləyir.

Qeyd edək ki, sayt artıq media reyestrindən keçib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR