İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda teplovozla maşın toqquşdu: xəsarət alanlar var - YENİLƏNİB

İyulun 25 iyul saat 03:50 radələrində Bərdə-Yevlax dəmiryolu xəttində teplovoz hərəkətdə olarkən "Chevrolet" markalı avtomobilin dəmiryol keçidində manevr qaydalarını pozması səbəbindən qeyd edilən nəqliyyat vasitəsi ilə toqquşması faktı ilə bağlı DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində avtomobilin sürücüsü və maşında olan 1 nəfər sərnişin xəsarət alıb.

Hadisənin səbəbinin aşkar edilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

***

25 iyul saat 03:50 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus teplovoz Bərdə-Yevlax mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 32-BC-687 olan "Chevrolet Cruze" markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Maşinist tərəfindən təcili tormozlanma aparılsa da tormoz məsafəsi az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində avtomobilin sürücüsü və 1 sərnişin xəsarət alıb, yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

"ADY olaraq bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının "Yol-Hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərində qatara yol verməklə hərəkətlərini davam etdirməyə çağırırıq", - QSC-dən bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR