Onlayn ictimai-siyasi qəzet
Ova gedən gənc ehtiyatsızlıqdan özünü güllələyib.
Bədbəxt hadisə Tovuzda, Böyük Qışlaq inzibati ərazi dairəsinə tabe olan Səfərli kəndindəki meşəlik ərazidə baş verib. 26 yaşlı Turan Rüstəmov həmkəndliləri ilə dovşan ovuna gedib. Orada qəfildən Turanın öz əlindəki tüfəngdən atəş açılıb.
Turan Rüstəmov ürəyindən aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ