Onlayn ictimai-siyasi qəzet
Tovuz şəhəri, M.Musayev küçəsində avtomobil təmiri sexinin qarşısında yük avtomobilinin çənində təmir işləri aparılan zaman partlayış baş verib.
Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində 2 nəfər xəsarət alıb.
Qeyd edilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
***
Tovuz rayonunun "Təzə Bazar" adlanan ərazisində sexdə partlayış olub.
Çilingər sexində baş verən bədbəxt hadisə zamanı 1992-ci il təvəllüdlü R.Rüstəmov və 1965-ci il təvəllüdlü Ə.Quliyev xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.
İlkin məlumata görə, hadisə yanacaq çənini kəsərkən qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır. (Report)
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ