Onlayn ictimai-siyasi qəzet
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 60,8 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz az sənaye məhsulu istehsal edilib.
Musavat.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə neft-qaz sektorunda məhsul istehsalı 1,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 7,8 faiz artıb.
Sənaye məhsulunun 67,9 faizi mədənçıxarma sektorunda, 26,8 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,5 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 4,3 faiz artıb.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ