Onlayn ictimai-siyasi qəzet
Daxili İşlər Nazirliyi müəllimin zorakılığa məruz qalması iddiası ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Sabirabad rayonunda həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan qadın bu barədə polisə məlumat verib.
Qadının izahatı alınıb və polis əməkdaşları tərəfindən onun sığınacağa yerləşdirilməsi təmin edilib.
Zərərçəkən şəxs xəsarətlərinin dərəcəsinin təyin edilməsi üçün ekspertizaya göndərilib. Hadisəyə hüquqi qiymətin verilməsi və qadına zorakılıq etdiyi iddia olunan həyat yoldaşının ifadəsinin alınması, eləcə də digər zəruri prosessual hərəkətlərin həyata keçirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ