İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda İLK! Bu idman növü üzrə yarış keçiriləcək

2024-cü ildə Azərbaycanca qış idman növü üzrə yarışlar keçiriləcək.

Musavat.com xəbər verir ki, “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov məlumat verib.

Onun sözlərinə görə, 2024-cı ilin martında 22 ölkənin iştirakı ilə keçiriləcək yarışlardan birinin Azərbaycanda təşkili ilə bağlı Turizm Agentliyi ilə Qış Alpinizmi Beynəlxalq federasiyası arasında razılıq əldə edilib.

Azərbaycanda qış turizm mövsümü açılıb

QSC-nin sədri Rüstəm Nəcəfov qeyd edib ki, yarışların keçirilməsi məqsədilə Şahdağda xizək alpinizmi komandası yaradılıb: "Komandaya ətraf regionlardan, əsasən Quba və Qusar rayonlarından gənclər və uşaqlar cəlb edilib.Onların 2026-cı il olimpiya yarışlarında iştirakına lisenziya qazana bilmələri üçün bütün imkanlar yaradılıb. Bunun üçün Fransadan mütəxəssislər, təlimçilər dəvət olunub. Xizəkçilər Andorra və digər Avropa ölkələrinə təlim-məşqlərə də göndərilirlər."

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR