İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycanda həyat 30 yaşda bitir" - VİDEO

Tanınmış reper Orxan Zeynallı (AİD) açıqlaması ilə diqqət çəkib.

"Efirdən kənar" verilişinə qonaq olan repçi Amerikadakı və Azərbaycandakı həyatın fərqindən danışıb.

Orxan bildirib ki, burada 25, 30 yaşa çatan gənclərin qarşısına müəyyən tələblər qoyulur və ona çatmadıqda "Artıq yaşın keçdi, gecdi" deyilir.

Lakin Amerikada belə deyil. Orada hər yaşda nəyisə yenidən başlamaq heç vaxt gec hesab olunmur:

"Gənclərin qarşısına tələb qoyulur. 20-25-30 yaşa qədər bunlar olmalıdır... Artıq sən o yaşa gələndə heçnə edə bilməmisənsə sənə qarşı təzyiq olunur, depressiyaya düşürsən. Beləliklə, Azərbaycanda həyat 30 yaşda bitir. Lakin Amerikada 47 yaşın belə olsa, qərar verə bilərsən ki, mən dizayner olmaq istəyirəm. Gedirsən kursa və hazırlaşırsan"./BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR