 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Biləsuvar rayonunda ov tüfəngindən güllə yarası alan kişi ölüb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Təzəkənd kəndində qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü İqbal Bəhlul oğlu Bağırov yaşadığı evin həyətində güllə yarası alıb.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
31 Oktyabr 2025
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ