İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda güclü qar fəsadlar TÖRƏTDİ - 200-dən artıq avtomobil yolda QALDI

Güclü qar yağması və buzlanma ilə əlaqədar bağlanan Şamaxı-İsmayıllı avtomobil yolunda hərəkət qismən bərpa olunub.

Əraziyə yol istismar idarəsinin əməkdaşları cəlb olunub və buzlanmaya qarşı tədbir görülüb. Tədbirlər hələ davam edir. Yolların əsasən İsmayıllı istiqamətində hələ də təhlükəli və buzlu olduğu barədə sürücülərə xəbərdarlıq edilir. Hazırda ərazidə küləklə müşayiət olunan güclü qar yağışı müşahidə olunur. (APA)

***

Güclü yağan qar səbəbindən Şamaxı-İsmayıllı avtomobil yolu bağlanıb.

Hazırda ərazidə 200-dən artıq avtomobil yolda qalıb.

İlkin məlumatlara əsasən, Muğanlı dolaylarında qar daha keçilməzdir. Qarın qalınlığı 10 sm artıqdır, yollar buz bağlayıb. Əraziyə polis əməkdaşları cəlb olunub.

Yolların buz bağlaması səbəbindən ərazidə bir neçə zəncirvari qəzalar meydana gəlib. (APA)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR