Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport olunub, 11 nəfərin isə ölkəyə girişinə qadağa qoyulub.
Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan İran vətəndaşlarının fahişəliklə məşğul olduğu müəyyən edilib.
Musavat.com xəbər verir ki, "MOUZE" bununla bağlı şokedici faktlar əldə edib. Bu tələbələr İran xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb ediliblər.
Onların burda ayrı-ayrı Azərbaycan vətəndaşlarını ələ almaq üçün təlimatlandırıldıqları və iş apardıqları bəlli olub.
Məlumata görə, həmin qadınlardan 11 nəfərinin Azərbaycana girişinə qadağa qoyulub, 5 nəfər isə deportasiya edilib.
Məsələ ilə bağlı ətraflı araşdırma yaxın vaxtlarda kanalımızda yayınlanacaq.
Musavat.com
16 Yanvar 2025
15 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ