İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda DƏHŞƏT: gənc qadın yaşadığı evdə ölü tapıldı

Qusar rayonunda gənc qadın yaşadığı evdə ölü tapılıb.

Musavat.com-un Report-a istinadən verdiyi xəbərə görə, rayon sakini, 1995-ci il təvəllüdlü Ellada Rauf qızı Əlifxanovanın yaşadığı evdə meyiti aşkarlanıb.

İlkin məlumata görə, gənc qadın ailə münaqişəsi zəminində əri tərəfindən öldürülüb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar Rayon Şöbəsinə yerləşdirilib. Gənc qadının ölümünün dəqiq səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.

Onun ölümündə şübhəli bilinən, əri Zedik Muxtar oğlu Əlifxanov saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR