Onlayn ictimai-siyasi qəzet
Salyanda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, “Mercedes” markalı avtomobil kollektora aşıb.
Bu barədə Salyanda olan QHT sədri Emil Məmmədov məlumat verib.
İlkin məlumata görə qəzada dünyasını dəyişənlərdən biri Salyan Rayon İcra Hakimiyyətində təlimatçı işləyən Aqil Məmmədovdur.
Qəza zamanı 3 azyaşlının da vəfat etdiyi bildirilir. Maşında olanlar bir ailənin üzvü imiş.
Qəza zamanı nir neçə nəfər də xəsarət alıb.
Hadisə barədə əlavə məlumat veriləcək.
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ