İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda daha 72 nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 825 409 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 869 nəfər müalicə olunaraq sağalıb, hazırda 547 aktiv xəstə var. Bu günə qədər 9 993 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 864, bu günə qədər isə ümumilikdə 7 407 349 test icra olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR