İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda çaydan görün nə tapıldı

Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb.

Masallı sakini Rauf Cəbiyev Məmmədoba-Tuado yolu boyunca axan Çaykəş çayının sularında su axını ilə hərəkət edən bir neçə bağlama görüb, onları sudan çıxarılıb.

Bağlama açıldıqdan sonra içərisindən 9 qədim kitab çıxıb.

Kitablar nəmişlikdən zərər görsə də, diqqətlə incələndikdə məlum olub ki, onlar ərəb dilində yazılıb və qədim "şikəstə" xətti ilə tərtib olunub. Yerli din xadimlərinin ilkin araşdırmalarına əsasən, bu kitabların dini məzmun daşıdığı və böyük ehtimalla XIX əsrin əvvəlləri və ya ortalarına aid olduğu düşünülür.

Hazırda həmin kitabların kimə aid olduğu, eləcə də hansı səbəbdən və necə suya atıldığı bilinmir.

Mövzu ilə əlaqədar olaraq müvafiq qurumlar tərəfindən araşdırmalara start verilib./Milli.az/

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR