İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bu şəxslərə avtomobil veriləcək


Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatı diqqətdə saxlanılır.

Musavat.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu istiqamətdə növbəti hazırlıqlara başlayıb.

Çernobıl AES-də qəzanın nəticələrinin ləğvində iştirak ilə əlaqədar əlil olmuş və xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan daha 39 şəxsə avtomobillər veriləcək.

Agentlik bu istiqamətdə həyata keçirilən növbəti sosialyönümlü tədbirlər çərçivəsində ümumilikdə 39 minik avtomobili alır.

Qurum minik avtomobillərinin satın alınmasına 721.500 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR