İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bu kanala lisenziya VERİLDİ

Azərbaycanda “Sport TV" MMC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısına lisenziya verilib.

Musavat.com xəbər verir ki, bu barədə Audiovizual Şurasının iclasında qərar qəbul edilib.

Bildirilib ki, ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş müsabiqəyə sənəd təqdim etmiş “Sağlam Media” MMC-nin və “Orion Sky” MMC-nin iddiaçı kimi müsabiqəyə buraxılması və iddiaçıların müsabiqə şərtlərinə uyğunluğu və yayım imkanları barədə rəy verilməsi üçün müvafiq komissiyanın yaradılması haqqında qərar qəbul edilib.

Bundan başqa, qəbul olunmuş müvafiq qərara əsasən “AZ-EVRO TEL” MMC-yə (“Azeurotel”) sadə platforma operatoru lisenziyası verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2024

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR