İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bu avtomobillərə tələbat artacaq

Xəbər verdiyimiz kimi, 2023-cü ilin may ayında Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda “Avro-5” ekoloji standartlara uyğun dizel yanacağı və avtomobil benzinin istehsalına başlanılacaq. Bu, əksər dizel avtomobil sürücülərinin çoxdan gözlədiyi xəbərdir.

Bəs, bu hadisə Azərbaycan bazarında dizel mühərrikli avtomobillərin bahalaşmasına səbəb olacaqmı?

Məsələyə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, SOCAR tərəfindən “Avro-5” dizelinin nəhayət Azərbaycanda satışa çıxarılması mühüm hadisədir.




Ekspertin fikrincə, “Avro-5” dizelinin istehsalı Azərbaycanda hər hansı bahalaşma səbəb olmayacaq:

“Belə bir proqnoz yoxdur. Sadəcə dizel mühərrikli avtomobillərə bir qədər tələb arta bilər. Lakin bu, o demək deyil ki, tələb artan kimi qiymət yüksələcək. 

Düşünürəm ki, SOCAR-ın istehsal etdiyi “Avro-5” tələblərinə, ekoloji standartlarına cavab verən dizel yanacağı Avropa üçün eyni standarta cavab verəcək”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR