Onlayn ictimai-siyasi qəzet
Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Musavat.com-un "Qafqazinfo"ya istinadla xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, təmir aparılan yol ilə hərəkətdə olan minik avtomobilin idarəetmədən çıxaraq yola tökülən çınqıl topasına çırpılması nəticəsində bir ailənin 5 üzvü, sürücü Nəriman Abbasov, Ruqiyyə Abbasova (1997), Xuraman Abbasova (2000), Aytac Abbasova (2002) və Elmira Abbasova (2014) xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
29 Sentyabr 2024
28 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ