İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda azyaşlı çipsdən zəhərlənib öldü - RƏSMİ CAVAB

Azərbaycanda azyaşlı uşaq çipsdən zəhərlənərək ölüb.

Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, hadisə Qobustanda baş verib.

Turqut adlı azyaşlının çipsdən zəhərlənərək öldüyü iddia olunur.

Məsələ ilə bağlı Oxu.Az saytı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sorğu ünvanlayıb.

AQTA-dan sorğuya cavab olaraq araşdırma başladıldığı bildirilib:

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR