Onlayn ictimai-siyasi qəzet
"Xaricdən avtomobil idxalı zamanı ultilizasiya haqqının alınması idxal qiymətinin artımına səbəb olacaq".
Musavat.com apa-ya istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliyin müzakirəsi zamanı deyib.
Deputat əlavə edib ki, tullantıların utilizasiyası ilə avtomobillərin utilizasiyası bir-birindən fərqlidir.
"Avropa ölkələrində bununla bağlı iki ayrı qanun var. Daha yaxşı olardı ki, bizdə də bu qanun layihəsi ayrıca qanun kimi hazırlanıb təqdim olunsun".
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ