Onlayn ictimai-siyasi qəzet
Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb.
Musavat.com xəbər verir ki, bu barədə Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.
Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 242 nəfər az olub. Builki hadisələr üzrə 4 min 788 nəfəri məlum (it, pişik), 3 min 924 nəfəri isə naməlum heyvanlar (it, pişik, siçovul) dişləyib.
Həmçinin, bu il üçün ölkədə quduzluq hadisəsi qeydə alınmayıb. Ötən il isə 1 belə hadisə baş verib.
Xatırladaq ki, ötən ilin üç ayı ərzində 8 min 954 heyvan dişləməsi qeydə alınıb. Bunlardan 5 min 124 hadisə məlum, 3 min 830 hadisə naməlum heyvanlar tərəfindən olub.
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ